AMB sığorta sektorunun cari ilin yanvar-iyul aylarına dair statistikasını açıqlayıb – Foto

Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) sığorta sektorunun cari ilin yanvar-iyul aylarına dair statistikasını açıqlayıb.

BBN.az xəbər verir ki, bu ilin yanvar-iyul aylarında Azərbaycandakı 17 sığorta şirkətinin xətti ilə 833,581 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 9,4% çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 440,192 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 55,6% çoxdur.

7 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 52,8 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 37,1 manat olub.

Related posts

“GL” ASC-nin istiqrazının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır

Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!

Növbəti “Sıfır Tullantı” həmrəylik marafonu Kür çayının sahilində keçirildi

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı