Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
AMB uçot dərəcəsini 6,5% səviyyəsində saxlayıb - BBN

AMB uçot dərəcəsini 6,5% səviyyəsində saxlayıb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 6,5% səviyyəsində saxlanılması barədə qərar qəbul edib.

Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Məlumata görə, faiz dəhlizinin aşağı həddi 5,5%, yuxarı həddi isə 7,5% səviyyəsində saxlanılıb.

AMB bildirib ki, faiz dəhlizinin parametrlərinə dair qərar qəbul edilərkən faktiki və proqnozlaşdırılan inflyasiyanın dinamikası, eləcə də daxili maliyyə bazarında gedən proseslər nəzərə alınıb.

Qeyd olunub ki, bir tərəfdən inflyasiya proqnozunun yuxarı istiqamətdə dəyişdirilməsi pul siyasətinin sərtləşdirilməsini şərtləndirsə də, digər tərəfdən valyuta bazarında təklifin tələbi əhəmiyyətli dərəcədə üstələməsi yumşaq pul siyasətini dəstəkləyir. Bu amillərin bir-birini tarazlaşdırması faiz dəhlizi parametrlərinin dəyişməz saxlanılmasını şərtləndirib.

Mərkəzi Bankın məlumatına əsasən, cari ilin qalan dövründə də faiz dəhlizinə dair qərarlar inflyasiya proqnozu və makroiqtisadi göstəricilərin dinamikası nəzərə alınmaqla veriləcək. Qlobal mühitdəki qeyri-müəyyənliklər fonunda makroiqtisadi göstəricilərin bir neçə ssenari üzrə proqnozları nəzərdən keçiriləcək.

Faiz dəhlizinin parametrləri ilə bağlı qərarlar qəbul edilərkən valyuta bazarında gedən proseslər və bank sektorunda likvidliyin dinamikası da nəzərə alınacaq. Həmçinin manatın məzənnəsi üzərində möhkəmlənmə təzyiqlərinin davamlılığı və valyuta artıqlığının miqyası diqqətdə saxlanılacaq.

Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar sentyabrın 23-də ictimaiyyətə açıqlanacaq.

Related posts

AccessBank-ın OK kredit kartı ilə alış-veriş daha sərfəlidir

AccessBank QSC Prolongation of HPE equipments support 2026 tenderinin vaxtının uzadıldığını elan edir

Rabitəbank Bank of New York Mellon-da İngilis funt sterlinqi üzrə müxbir hesab açıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı