AMB və İsveçrə Milli Bankı layihə portfeli üzrə əməkdaşlığı müzakirə edib

Azərbaycan Mərkəzi Bankının (AMB) nümayəndə heyəti İsveçrə Milli Bankının (İMB) Bern şəhərində yerləşən baş ofisinə işgüzar səfər edib.

Səfər zamanı strateji planlaşdırma, idarəetmə çərçivələri, layihə portfelinin formalaşdırılması və monitorinqi, eləcə də rəqəmsal transformasiya istiqamətində aparılan təşəbbüslər üzrə geniş müzakirələr aparılıb.

Tərəflər strategiya və layihə idarəetməsi sahəsində mövcud çağırışlar, dəyişikliklərin idarə olunması və tətbiq edilən metodologiyaların müqayisəli təhlilini keçiriblər.

Görüşlər çərçivəsində AMB və İMB arasında strategiya və layihə idarəetməsi üzrə əməkdaşlığın genişləndirilməsi perspektivləri də nəzərdən keçirilib.

Related posts

ABB növbəti dəfə yüksək təhlükəsizlik sertifikatı aldı!

AccessBank QSC Avtomobillərin icbari və könüllü sığortası üzrə tender elanının vaxtı uzadıldı

Mərkəzi Bankın rəhbər şəxsləri üçün ADA Universitetində keçirilən “Liderlik səriştələri üzrə təlim proqramı”nın bağlanış mərasimi keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı