Azərbaycan Mərkəzi Bankı (AMB) Lüksemburqun Maliyyə Texnologiyalarının Ötürülməsi Agentliyi (ATTF) ilə əməkdaşlıq imkanlarını müzakirə edib.
Məlumata görə, Lüksemburqun Maliyyə Texnologiyalarının Ötürülməsi Agentliyinin (ATTF) nümayəndə heyəti Mərkəzi Bankda səfərdə olub.
Mərkəzi Bankın baş direktoru Şahin Mahmudzadə nümayəndə heyəti ilə görüşüb.
Səfər çərçivəsində ATTF heyəti həmçinin Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası, eləcə də bankların tədris və inkişaf üzrə struktur bölmələrinin nümayəndələri ilə keçirilən görüşlərdə iştirak edib.
Görüşlər zamanı ATTF-in dəstəyi ilə Azərbaycan üçün təşkil olunmuş təlimlər barədə rəylər öyrənilib, mövcud təlim ehtiyacları üzrə məlumat toplanıb və gələcək əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb.