AMB və Mastercard tərəfindən keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb – Foto

Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) və Mastercard Beynəlxalq Kart təşkilatı tərəfindən 21 dekabr 2023-cü il tarixində Əmanət Günü (31 oktyabr) və Maliyyə Savadlılığı ayı (noyabr) çərçivəsində “İzafi borclanma: problemlər və tövsiyələr”, “Vətəndaşlar üçün sığorta” və “Maliyyə Savadlılığı: Strategiya, Tədris, Təhlil” kursları üzrə müəllimlər arasında, Bankçılıq və rəqəmsal ödənişlər / Банковское дело и цифровые платежи virtual kursları üzrə şagirdlər arasında keçirilən müsabiqə qalibləri sertifikatlar və hədiyyələrlə təltif edilmişdir.

Müsabiqədə əsasən ölkənin 16 şəhər və regionundan 153 şagird, 6 müəllim iştirak etmiş, onlardan 76 şagird və 5 müəllim kursları uğurla tamamlayaraq qalib olmuşdur.

https://bizimpullar.az/news/detail/897
https://bizimpullar.az/news/detail/900

Bu müsabiqənin geniş auditoriyası virtual dərslərə marağı daha da artırmış və hazırda kurslara müxtəlif hədəf qruplarının intensiv müraciəti müşahidə edilir.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Azərbaycanın IV Könüllü Milli Hesabatı BMT-yə təqdim edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı