AMB: Xaricdən pul köçürmələrində əsas ölkə hələ də Rusiyadır

Azərbaycana xaricdən köçürülən pulların böyük hissəsi hələ də Rusiyanın payına düşür.

BBN.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən brifinqdə qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.

“Bununla belə, ötən ilin eyni dövrü ilə müqayisədə bu ölkədən daxil olan pul baratlarının ümumi məbləğində azalma var. Bu da Ukrayna ilə müharibəyə görədir”, – deyə o qeyd edib.

“I rübdə ilk 5-liyə Rusiya (155 milyon ABŞ dolları), Türkiyə (39 milyon ABŞ dolları), ABŞ (14 milyon ABŞ dolları), Gürcüstan (9 milyon ABŞ dolları) və Böyük Britaniya (8 milyon ABŞ dolları) daxil olub”, – deyə AMB rəsmisi əlavə edib.

Related posts

Növbəti valyuta hərracı keçirilib

Mərkəzi Bank daha iki təşkilata elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən lisenziya verdi

Maliyyə Nazirliyinin 1092 günlük istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı