Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
AMB: Xarici valyuta bazarında təklif tələbi üstələyir - BBN

AMB: Xarici valyuta bazarında təklif tələbi üstələyir

Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına əsasən, ölkənin xarici valyuta bazarında vəziyyət sabit olaraq qalır və ümumilikdə valyuta təklifi tələbi üstələyir.

BBN.az xəbər verir ki,qurumun açıqlamasında bildirilir ki, son yeddi ay ərzində mübadilə məntəqələrində xarici valyutanın alışı satışdan daha yüksək olub. Bu tendensiya bazarda təklifin güclü olduğunu göstərir.

AMB qeyd edib ki, rezident fiziki şəxslərin əmanətlərində dollarlaşma səviyyəsi son bir il ərzində 1,8 faiz bəndi azalaraq sentyabr ayında 29%-ə düşüb. Mərkəzi Bankın fikrincə, bu, manatın məzənnəsinə dair sabit gözləntilərin formalaşdığını göstərir.

Eyni zamanda, valyuta bazarındakı tarazlığa təsir edən xarici sektor göstəriciləri müsbət istiqamətdə qalır.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, 2025-ci ilin yanvar-sentyabr aylarında xarici ticarət balansının müsbət saldosu 1,8 milyard dollar təşkil edib. Həmçinin pul baratları üzrə xalis daxilolmaların artması tədiyə balansının cari hesabının profisitli qalmasına dəstək verir.

AMB 2025-ci ilin sonuna cari hesab profisiti ilə bağlı proqnozunu bir qədər artırıb, 2026-cı il üçün isə proqnoz göstəricisini dəyişməz saxlayıb.

Related posts

Xalq Bank sərfəli avtokredit şərtləri təqdim edir

“Aİ Azərbaycan qazının etibarlı alıcısı statusunu qoruyacaq”

BOKT “International” ASC-nin istiqrazları üçün “Ticarətə İcazə” qərarı verilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı