Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
AMB xüsusi tənzimləmə rejimi çərçivəsində 4 innovativ məhsulu sınaqdan keçirəcək - BBN

AMB xüsusi tənzimləmə rejimi çərçivəsində 4 innovativ məhsulu sınaqdan keçirəcək

Azərbaycan Mərkəzi Bankı (AMB) xüsusi tənzimləmə rejimi (sandbox) çərçivəsində 4 innovativ maliyyə məhsulunun sınaqdan keçirilməsini planlaşdırır.

Bildirilib ki, ümumilikdə daxil olmuş 14 müraciətin qiymətləndirilməsi nəticəsində 4 məhsul məhdud şərtlərlə sınaqdan keçirilmək üçün uyğun hesab edilib. Seçilmiş məhsullar aşağıdakılardır:

  • “Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən İslam bankçılığı çərçivəsində təqdim edilən “Murabaha” məhsulu;

  • “Rabitəbank” ASC tərəfindən İslam bankçılığı çərçivəsində təqdim edilən “Mudaraba”“Murabaha” məhsulları;

  • “PAŞA Sığorta” ASC-nin təqdim etdiyi könüllü sığorta məhsullarının hədiyyə vauçerləri vasitəsilə əldə olunması xidməti;

  • “BİTAZN” MMC-nin təqdim etdiyi “BİTAZN” kriptovalyuta birjası.

Qeyd olunub ki, bu məhsullar AMB-nin nəzarəti altında 6 ay müddətində sınaqdan keçiriləcək.

Xatırladaq ki, xüsusi tənzimləmə rejimi innovativ maliyyə xidmət və məhsullarının bazara çıxarılmasını təşviq etməklə yanaşı, ölkədə maliyyə inklüzivliyinin artırılmasına, həmçinin istifadəçilər üçün maliyyə xidmətlərinin təhlükəsizliyinin və əlçatanlığının yüksəldilməsinə xidmət edir.

Xüsusi tənzimləmə rejimi və sınaqdan keçirilən məhsullar barədə ətraflı məlumat AMB-nin rəsmi sandbox reyestrində yer alır.

Related posts

Azərbaycanda “Bank Nəzarəti Strategiyası” təsdiqlənib

“Fitch Ratings” Azərbaycanın çevik valyuta məzənnəsinə keçəcəyini gözləmir

Azərbaycanda 2 ayda vətəndaşlara 35 milyon manat ƏDV geri qaytarılıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı