Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
"AmCham": Maliyyə sektorunda texnologiya və innovasiyalardan istifadə zərurətdir - BBN

“AmCham”: Maliyyə sektorunda texnologiya və innovasiyalardan istifadə zərurətdir

Maliyyə sektorunda texnologiyadan və innovasiyalardan istifadə artıq lüks deyil, zərurətdir.

BBN.az xəbər verir ki, bunu Azərbaycan Amerika Ticarət Palatasının (“AmCham Azerbaijan”) prezidenti Dəyanət Sədullayev bildirib.

“Bütün maliyyə qurumları – banklar, sığorta şirkətləri və s. daha çox məlumatlara əsaslanan (data-driven) şirkətlərə çevrilib. Texnoloji tərəqqi olmadan geridə qalacaqsınız. Məhz buna görə biz “AmCham” olaraq inanırıq ki, innovasiya və inklüzivlik biznes üçün seçim deyil, əsas zərurətdir. Qəribə də olsa, məktəblərdə, universitetlərdə öyrəndiklərimiz və bugünkü reallıqdakı maliyyə funksiyaları tamamilə fərqlidir. Bir araya gələrək bazarda nələrin baş verdiyini, nələrə uyğunlaşmalı olduğumuzu və nələri dəyişməli olduğumuzu müzakirə edirik. ​Dəyişiklikdən danışarkən, söhbət yalnız texnoloji deyil, həm də insanların dəyişməsindən gedir”, – deyə o qeyd edib.

Related posts

“AzerGold” Əcəmi Naxçıvaninin 900 illiyinə həsr olunmuş gümüş sikkə buraxır

“Netflix” uşaq oyunları tətbiqini təqdim edib

“Intel” İlon Maskın “Terafab” çip layihəsinə qoşulur

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı