“American Airlines” yeni maliyyə nəticələrindən sonra gəlir proqnozunu yüksəldib

“American Airlines” 2023-cü ilin II rübündə, pik səyahətlər dövründə yüksək nəticələr nümayiş etdirdiyindən dolayı gəlir proqnozunu yüksəldib. 

BBN.az CNBC Business-ə istinadən xəbər verir ki, gəlirlərdə artım isə xüsusilə beynəlxalq səyahətlərdə qeydə alınıb. Halbuki digər hava yolları şirkətləri pandemiyadan sonra sərnişin cəlb etməkdə və gəlirlərini artırmaqda hələ də problemlər yaşayır. Cari ilin III rübü ilə bağlı olaraq isə “American Airlines” səhmlər üzrə 95 sent qazanmağı nəzərdə tutur, əvvəlki rəqəm isə 85 sent idi. 

Qeyd edək ki, 2023-cü ilin II rübündə ümumi gəlirlər 14.06 milyard dollar olub, halbuki gözlənti isə 13.74 milyard dollar yönündə idi. İlin əvvəli ilə müqayisədə artım isə nə az nə çox, düz 4.7%-dir. Bir il əvvəl ilə müqayisədə isə şirkətin uçuş həcmi 5.3% yüksəlib. Əlavə edək ki, ABŞ-da təcrübəli pilot axtarışı ilə bağlı problemlər yaşanır. 

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Bankların xalis mənfəətinin həcminə görə renkinqi – II rüb/2024

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı