Amerikalı milyarderdən Fitch-in ABŞ-ın kredit reytinqini aşağı salması ilə bağlı rəyi

Ötən həftə beynəlxalq reytinq agentliyi Fitch ABŞ-ın uzunmüddətli kredit reytinqini “AAA”dan “AA+”a endirmişdi. Açıqlamada qeyd edilirdi ki, yaxın 3 ildə cari maliyyə vəziyyətlərində daha da pisləşmə gözlənilir. Hökumət dairələri isə agentliyin sonuncu qərarı ilə razılaşmırdı. 

BBN.az CNBC Business-ə istinadən xəbər verir ki, Amerikalı milyarder, Berkshire Hathaway-in rəhbəri Warren Buffett bildirib ki, şirkət bazar ertəsi günü 10 milyard dollar dəyərində qiymətli kağız alıb: “Burada bəzi məsələlər var ki, insanlar narahat olmamalıdırlar. Bu isə odur ki, hər kəs bilir ki, dollar dünyanın ehtiyat-rezerv pul vahididir”.  

Qeyd edək ki, o, əlavə edib ki, hər-hansı rəy onun ABŞ qiymətli kağızlar və dollar barəsindəki fikrini dəyişmək üçün kifayət deyil. 

Əlavə edək ki, Fitch-in açıqlamasında sonra çərşənbə günü S&P 500 səhm bazarında qiymətlər 1.4% enib. 

Related posts

Ziraat Bank Azərbaycanın İdarə Heyətinin sədri ABA-nın 35 illiyini təbrik edib

Unibank müştəriləri 3 ayda 1,2 milyon manata yaxın keşbek qazanıblar

“Apple” səhmləri 11 ayın ən aşağı səviyyəsinə düşüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı