

Ötən həftə beynəlxalq reytinq agentliyi Fitch ABŞ-ın uzunmüddətli kredit reytinqini “AAA”dan “AA+”a endirmişdi. Açıqlamada qeyd edilirdi ki, yaxın 3 ildə cari maliyyə vəziyyətlərində daha da pisləşmə gözlənilir. Hökumət dairələri isə agentliyin sonuncu qərarı ilə razılaşmırdı.
BBN.az CNBC Business-ə istinadən xəbər verir ki, Amerikalı milyarder, Berkshire Hathaway-in rəhbəri Warren Buffett bildirib ki, şirkət bazar ertəsi günü 10 milyard dollar dəyərində qiymətli kağız alıb: “Burada bəzi məsələlər var ki, insanlar narahat olmamalıdırlar. Bu isə odur ki, hər kəs bilir ki, dollar dünyanın ehtiyat-rezerv pul vahididir”.
Qeyd edək ki, o, əlavə edib ki, hər-hansı rəy onun ABŞ qiymətli kağızlar və dollar barəsindəki fikrini dəyişmək üçün kifayət deyil.
Əlavə edək ki, Fitch-in açıqlamasında sonra çərşənbə günü S&P 500 səhm bazarında qiymətlər 1.4% enib.