Hazırda amerikalıların kredit kart borcu rekorda – 1.13 trilyon dollara çatıb.
BBN.az NBC News TV-yə istinadən xəbər verir ki, faiz dərəcəsi isə rekorda – 21.47%-ə yüksəlib.
Kredit kartı ödənişlərinin gecikməsinə görə isə amerikalıların ümumi cəriməsi 14 milyard dollara çatıb.
Qeyd edək ki, hazırda Biden administrasiyası kredit təşkilatlarının kredit borcuna görə cəriməni 32 dollardan 8 dollara salmaqla bağlı yeni qaydanın işlənib hazırlanması ətrafında müzakirələr aparırlar. Bildirilir ki, amerika vətəndaşlarının əksəriyyətinin büdcələri dardır və onların çoxu maaşdan maaşa yaşayırlar.