AMFA Maliyyə İnstitutları üçün cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (ƏL/TMM) üzrə təlim keçirmişdir.
Təlimdə ƏL/TMM üzrə maliyyə institutlarının komplayens proqramı – əsas elementlər, siyasət və prosedurlar, maliyyə institutlarında institusional risk qiymətləndirilməsinın aparılması qaydası, müştəri uyğunluğu tələblərinin tətbiq edilməsi qaydası, müştəri profilinin formalaşdırılması və davamlı monitorinq, mülkiyyətçinin müəyyən edilməsi qaydası, şübhəli əməliyyatların aşkarlanması, MMX ilə münasibətlər haqqında təqdimatlar verilmiş, praktiki məşğələlər keçirilmişdir.
Təlim ƏL sahəsində 15 ildən artıq təcrübəyə malik Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) sertifikatlı təlimçisi Nurlan Babayev tərəfindən aparılmışdır.