“Anderraytinq və Aktivlərin İdarə Edilməsi” mövzusunda seminar

11 iyun 2024-cü il tarixində Bakı Fond Birjası və Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının (AFBİA) birgə təşkil etdiyi “Anderraytinq və Aktivlərin İdarə Edilməsi” mövzusunda seminar keçirilmişdir. Seminarda AFBİA-nın üzv şirkətlərinin əməkdaşları iştirak etmişdir.

Seminar, bank sahəsində 50 ilə yaxın böyük təcrübəyə malik cənab Padikkal Abdurrahiman tərəfindən keçirilmişdir. Cənab P. Abdurrahiman HSBC Azərbaycan və HSBC Qazaxıstanda korporativ bankçılıq, ticarət, kredit, risklərin idarə edilməsi və nəzarəti, Paşa Bank Azərbaycan, Türkiyə və Gürcüstanda kredit və risk sahəsində çalışmışdır.

Padikkal Abdurrahiman seminar zamanı yerli kapital bazarı, qiymətli kağız yerləşdirməsi planlaşdıran emitentin maliyyə vəziyyətinin qiymətləndirilməsinin vacibliyini xüsusi vurğuladı. Qiymətləndirmə zamanı nəzərə alınacaq pozitiv və neqativ nüanslar, öncədən nəzərə çarpa biləcək risklər və onların qiymətləndirilməsi haqqında geniş müzakirələr aparıldı.

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı