Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Ani Ödənişlər Sisteminin əhatə dairəsinin genişləndirilməsi davam etdirilir - BBN

Ani Ödənişlər Sisteminin əhatə dairəsinin genişləndirilməsi davam etdirilir

Mərkəzi Bank tərəfindən Ani Ödənişlər Sisteminin (AÖS) əhatə dairəsinin genişləndirilməsi və istifadəçilər üçün təqdim olunan rəqəmsal həllərin çeşidinin artırılması istiqamətində işlər davam etdirilir.

Növbəti uğurlu inteqrasiya işləri nəticəsində “Ziraat Bank Azərbaycan” ASC-nin mobil və internet bankçılıq xidmətləri sırasına AÖS ilə köçürmə etmək imkanı əlavə edilmişdir. Bu funksionalın yaradılması nəticəsində “Ziraat Bank Azərbaycan” ASC-nin hüquqi və fiziki şəxs müştəriləri digər bankların AÖS-də qeydiyyatdan keçmiş istənilən müştərisinə mobil nömrə və ya digər sadələşdirilmiş identifikatorlar vasitəsilə asanlıqla, saniyələr ərzində köçürmə həyata keçirmək imkanına malik olmuşlar. Eyni zamanda, bu kanallar vasitəsilə hesabını AÖS-də qeydiyyatdan keçirən istifadəçilər “Ziraat Bank Azərbaycan” ASC-nin və digər bankların müştərilərindən mobil nömrə, şəxsiyyət vəsiqəsinin FİN kodu və ya digər sadələşdirilmiş identifikatorlar vasitəsilə köçürmələr qəbul edə biləcəklər.

Related posts

Rabitəbank maliyyə savadlılığı layihəsi çərçivəsində regionlarda sahibkarlığın inkişafına dəstəyini davam etdirir

AccessBank, AmCham Azerbaijan və Neurotime süni intellekt hakatonunun qaliblərini elan etdilər

Birbank və “Bir Kredit” BOKT-dan yeni lizinq imkanı: 0%-dən başlayan ilkin ödənişlə avtomobil əldə edin

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı