Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Ani Ödənişlər Sisteminin “AniPay” mobil tətbiqi vasitəsilə təqdim olunan rəqəmsal həllərin əhatəliliyi artırılmışdır - BBN

Ani Ödənişlər Sisteminin “AniPay” mobil tətbiqi vasitəsilə təqdim olunan rəqəmsal həllərin əhatəliliyi artırılmışdır

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli 508 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində Mərkəzi Bank tərəfindən yaradılaraq 2020-ci ilin 1 oktyabr tarixində istismara verilmiş Ani Ödənişlər Sisteminin (AÖS) infrastruktur imkanlarının genişləndirilməsi üzrə fəaliyyət davam etdirilir.

Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində, ölkədə ilk dəfə olaraq “Açıq bankçılıq” prinsipləri əsasında AÖS-də müştərilərin və onlara aid bank hesablarının məsafədən qeydiyyatdan keçirilməsi, silinməsi, qalıq üzrə məlumatların əldə edilməsi və əməliyyatların aparılması üzrə funksionallıqlar yaradılmışdır.

Hazırda “Yapı Kredi Bank Azərbaycan” QSC, “Unibank” KB ASC, “AFB Bank”, “Azər-Türk Bank” ASC müştəriləri cari və ödəniş kartı hesabları üzrə, “Premium Bank” ASC, “Günay Bank“ ASC, “Muğanbank” ASC, “Naxçıvanbank” ASC, “Bank Avrasiya” ASC, “Bank Respublika” ASC, “Turanbank” ASC və Bank “BTB” ASC müştəriləri isə cari hesablar üzrə sistemin qeyd edilən funksionallıqlarından yararlana bilər. Eyni zamanda, müştərilər AÖS-ün “AniPay” mobil tətbiqindən (Android: http://bit.ly/3b78WQo və IOS: https://apple.co/3hXL17u) istifadə etməklə 24/7/365 rejimində ödənişlərini anında həyata keçirə bilərlər.

Qeyd edək ki, hazırda 19 bank, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi və “Azərpoçt” MMC AÖS platformasına inteqrasiya olunmuşdur. Gələcəkdə sistemin əhatə dairəsinin genişləndirilməsi, habelə istifadəçilər üçün təqdim olunan rəqəmsal həllərin çeşidinin artırılması istiqamətində işlər davam etdiriləcəkdir.

Related posts

“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!

“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi

Mərkəzi Bankın baş direktoru Azərbaycanda İslam banklarının yaradılması perspektivlərindən danışıb (ÖZƏL MÜSAHİBƏ)

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı