Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Düyü bazarı üzrə təhlillər aparıb

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən əhalinin istehlak səbətində əhəmiyyətli  yer tutan qida məhsulları bazarında daimi əsasda monitorinqlər və təhlillər aparılır.  Bununla əlaqədar Dövlət Xidməti tərəfindən  Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” 21.02.2022-ci il tarixli 109S nömrəli Sərəncamı çərçivəsində antiinhisar qanunvericiliyinin tələblərinə dair pozuntuların olub-olmadığını aşkarlamaq üçün düyü məhsullarının idxalı və satışı üzrə bazarın 80%-ni təşkil edən əsas 9 təsərrüfat subyeki olan– “Veysəloğlu” MMC, “Tamashaee Foods” MMC, “QİDA XXI” MMC, “Best-Tarım” MMC, “Babək” firması – (Babek), “Xudafərin-1” MMC, “Elsaan Group MMC”, “AL market” MMC  və Azərsun Holding” Şirkətlər Qrupuna daxil olan “Sun Food” MMC barəsində araşdırma başlanılıb.

        Düyü bazarının əsas idxalçılarının təqdim etdiyi məlumatlara əsasən iqtisadi nəzəriyyə çərçivəsində və empirik metodlar ilə aparılan ətraflı təhlil nəticəsində bazarda  düyü məhsullarının satış qiymətlərinin iqtisadi qanunauyğunluqlar əsasında formalaşdığı və antiinhisar qanunvericiliyinin tələblərinə zidd iqtisadi davranışların olmadığı müəyyən edilib.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı