Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Apple” Ağ Ev ilə yeni layihədə tərəfdaşlığa başlayıb

“Apple” Ağ Ev ilə yeni layihədə tərəfdaşlığa başlayıb

Amerikan texnologiya nəhəngi “Apple Inc” və Ağ Ev Donald Tramp rəhbərliyi altında yeni tərəfdaşlıq müqaviləsi imzalayıblar.  Tərəfdaşlıq çərçivəsində hal-hazırda dünyada tüğyan edən koronavirus pandemiyası ilə bağlı vətəndaşların məlumatlandırılması  üçün “COVID-19” veb-saytı və tətbiqetməsi yaradılacaq.

Tətbiqetmə və veb-sayt vətəndaşları simptomlar, məkanlar, risk faktorları, eləcə də ABŞın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Mərkəzinin (CDC) təlimatları barədə məlumatlandıracaq.

Qeyd edək ki, pandemiya səbəbindən “Apple” şirkəti Kaliforniyadakı baş qərargahını bağlamağa məcbur olub.

Related posts

ABŞ “TikTok” sövdələşməsinə görə 10 milyard dollar alacaq

“Nvidia” 2 milyard dollarlıq böyük investisiya elan etdi

Tramp administrasiyası 16 ticarət tərəfdaşı ilə bağlı araşdırmalara başlayıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı