“Apple” bu ayın sonunda yeni cihazlarını təqdim edəcək

“Apple” bu ayın sonunda yeni “MacBook Pro”, “iMac”, “Mac mini” və “iPad mini”ni təqdim etməyi planlaşdırır.

BBN.az bu barədə “Bloomberg”ə istinadən xəbər verir. Yeni məhsulların satışının başlanması noyabrın 1-nə nəzərdə tutulub.

Qeyd edək ki, oktyabrın sonunda M4 çipli 14 düymlük “MacBook Pro”nun, eləcə də M4 Pro və M4 Max çipli 14 və 16 düymlük “MacBook Pro” versiyalarının təqdim ediləcəyi gözlənilir. Şirkət həmçinin “Apple” M4 və M4 Pro əsasında yenilənmiş dizayna malik “Mac mini”, M4 çipli “iMac” və yığcam “iPad mini” planşetini təqdim edəcək.

 

Related posts

ByteDance TikTok-un ABŞ əməliyyatları üçün birgə müəssisə yaradacaq

“AmCham”: Maliyyə sektorunda texnologiya və innovasiyalardan istifadə zərurətdir

Azərbaycan ötən ay mobil internetin sürətinə görə 1 pillə irəliləyib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı