Apple-in iPhone-ları ilə bağlı pis xəbər

2024-cü ilin I rübündə Apple-ın iPhone göndərmələri 9.6%, yaxud təxminən 10% azalma nümayiş etdirib. Bu isə şirkətin çətinliklərinin olduğuna dair daha bir əlamət hesab edilir.

BBN.az Business Insider nəşrinə istinadən xəbər verir ki, yeni hesabata əsasən Çin smartfon istehsalçılarının hesabına isə qlobal göndərmələrin sayında artım müşahidə edilir.

Bazar araşdırmaları aparan International Data Corporation-ın I gün yayımlanan hesabatında qeyd edilir ki, I rübdə Cənubi Koreyanın Samsung şirkəti Amerikan rəqibi Apple-ı göndərmələrinin sayına görə üstələyib, təxminən 10 milyon ədəd.

Qeyd edək ki, Apple isə dekabrın 31-də başa çatan III rüb ilə bağlı açıqlamasında qeyd etmişdir ki, 69.7 milyard dollar dəyərində iPhone satıblar. Xidmətlər isə 23.1 milyard dollar ilə II sırada yer alıb. Bu il Apple bəzi çətinliklər ilə üz-üzədir və onlardan daha biri budur ki, o əsas bazarlarından biri olan Çində satışlarını aşağı salıb.

Related posts

Vahid inkasassiya mərkəzinin yaradılması ilə əlaqədar İşçi Qrupun növbəti iclası baş tutmuşdur – Foto

Rabitəbankın Müşahidə Şurasında yeni təyinatlar olub

ABA və ATMU arasında onlayn görüş keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı