Aİ Komissiyası, texnologiya şirkəti Apple-ın Apple Pay ödəmə xidməti ilə bağlı rəqabət araşdırması çərçivəsində müxtəlif öhdəliklər götürdüyünü və bu öhdəliklərlə bağlı 1 ay müddətində Aİ-yə rəy verilə biləcəyini açıqladı.
BBN.az verilən açıqlamaya istinadən xəbər verir ki, Apple-ın öz ekosisteminin hər tərəfinə, o cümlədən mobil pul kisəsi tərtibatçılarının girişinə nəzarət etdiyi və Aİ-nin bu mövzuda rəqabət araşdırması başlatdığı bildirilib.
Aİ Komissiyası 2020-ci ildə də Apple-ın ödəniş sisteminin Birlik rəqabəti qaydalarına uyğun olub-olmaması ilə bağlı rəsmi araşdırmaya başlamışdı. Aİ Komissiyası Aİ ölkələrində fəaliyyət göstərən şirkətlərin sektorlarında rəqabətə zidd vəziyyətin olub-olmamasını yoxlamaq səlahiyyətinə malikdir. Komissiya bu araşdırmalarda rəqabətə zidd vəziyyətin olub-olmadığını qiymətləndirir, rəqabətə xələl gətirəcək hallar aşkar edildikdə buna son qoyur və şirkətlərə yüksək cərimələr tətbiq edir.