“Apple” təsdiqlədi: 14 sentyabrda gözlənilən tədbir daha tez olacaq

“Apple” şirkəti özünün xüsusi tədbiri haqqında mətbuata artıq dəvət göndərib. Tədbir çərçivəsində “alma” şirkəti yeni iPhone 14-ü (iPhone 14, iPhone 14 Max, iPhone 14 Pro and iPhone 14 Pro Max) və daha 3 yeni “Apple Watch”u təqdim edəcək. Dəvətin mənası isə odur ki, şirkət tərəfindən 2 sürpriz gözlənilir.

BBN.az xəbər verir ki, “Forbes” nəşrinin yazdığına, əsasən birinci sürpriz məqam odur ki, “Apple”ın tədbiri gözləniləndən 1 həftə öncə, yəni çərşənbə günü, sentyabrın 7-də, Sakit okean vaxtı ilə səhər 10:00-da “Apple Park”da olacaq. İkinci sürpriz məqam isə “Apple” tərəfindən yeni tədbirin tarixi ilə bağlı təsdiq cavabının daha tez gəlməsidir.  

Ekspertlər isə deyirlər ki, bu il rekord sayda yeni “Apple Watch” modelləri olacaq. Hər zamanki kimi gözlənilir ki, yeni modellərin, həm smartfonların, həm də “ağıllı saat”ların özünəməxsusluğu olacaq, ancaq Pro modellərinin prosessoru, Pro olmayandan daha sürətli olacaq. 

Related posts

Ölkədə 2,7 milyon təsərrüfatın genişzolaqlı internetə çıxışı təmin olunub

“Milliön” Yevlax Xidmət Mərkəzi yerli əhalinin ixtiyarına verilib

Visa ABB-nin layihələrini mükafatlandırdı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı