Apple və Tesla: Təchizat problemindən dolayı texnologiya şirkətlərinin səhmləri enib

Apple və Tesla-nın səhmlərinin qiyməti Çin istehsal xəttinin gecikməsi səbəbindən dolayı enib.

BBN.az BBC Business-ə istinadən xəbər verir ki, Apple-ın səhmlərinin qiyməti 2021-ci ilin iyunundan bu yana ən aşağı səviyyəni görüb. Tesla-nın səhmlərinin qiyməti isə 2021-ci ilin noyabrından rekord yüksək rəqəmi gördükdən sonra 73% enib. 

Şirkətlər Çində qapanmalar və qadağalar həftəsindən dolayı istehsal xəttinin qorunub saxlanılması problemi ilə mübarizə aparırlar. Hazırda isə bu şirkətlər Çinin illər ilə davam edən qapanmalar və qadağaları qaldırdıqdan sonra Covid hallarının artmasından dolayı işçi çatışmazlığı ilə üz-üzədirlər. 

Həmçinin qlobal investorlar yeni faiz dərəcələrinin artımı, qlobal iqtisadi azalma və Ukraynada davam edən müharibədən dolayı narahatdırlar. 

Related posts

“Milliön” Yevlax Xidmət Mərkəzi yerli əhalinin ixtiyarına verilib

Visa ABB-nin layihələrini mükafatlandırdı

“Uşaq Qaynar Xətti”nə son altı ayda 851 müraciət daxil olub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı