Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Apple Vision Pro” "Intelligence” süni intellekt funksiyaları ilə təchiz ediləcək - BBN

“Apple Vision Pro” “Intelligence” süni intellekt funksiyaları ilə təchiz ediləcək

“Apple” aprel ayında buraxılacaq bir yeniləmə ilə“Vision Pro” eynəklərinə  “Apple Intelligence” dəstəyini inteqrasiya edir.

BBN.az xəbər verir ki, “Apple Vision Pro” aprel ayında “Apple Intelligence” süni intellekt funksiyaları ilə təchiz ediləcək.

“Apple”ın “Vision Pro” qarışıq reallıq eynəyi visionOS 2.4 yeniləməsi çərçivəsində “Apple Intelligence” süni intellekt xüsusiyyətləri ilə gücləndiriləcək.

visionOS 2.4 yeniləməsi ilə gələn süni intellekt istifadəçilərə mətni redaktə etmək və yenidən yazmaq, fərdi vizuallar yaratmaq və daha inkişaf etmiş cavablar vermək imkanı təqdim edəcək. “Apple Vision Pro” artıq iPhone 15 Pro, iPhone 16 və iPhone 16 Pro, M seriyalı iPad Pro və iPad Air, ən yeni iPad mini və M seriyalı Mac-lər üçün nəzərdə tutulmuş “Apple Intelligence” infrastrukturu ilə təchiz edilir.

Bununla yanaşı, yeni dil dəstəyi də genişlənir. İlkin mərhələdə yalnız ingilis dili ilə beta versiyada təqdim olunacaq bu xüsusiyyətlər gələcək aylarda daha çox dil seçimi ilə genişlənəcək. “Apple”ın rəsmi açıqlamasında bildirilib ki, “Faydalı və dəqiq süni intellekt nəticələri təqdim edən fərdi süni intellekt sistemi “Apple Intelligence” tezliklə daha çox dildə əlçatan olacaq. Bu dillər arasında alman, çin, fransız, ispan, italyan, yapon, koreya və portuqal dilləri yer alır.”

Related posts

Xalq Bank irihəcmli beynəlxalq sindikativ kredit layihəsində iştirak etdi

“Growth Lab” Mərkəzi ilə fiskal çərçivədə əməkdaşlıq müzakirə olunub

Sahibkarlar 2027-ci ildə vahid ölkə stendində beynəlxalq sərgilərdə iştirak etməyə dəvət olunurlar

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı