“Apple” yeni iPhone və “Apple Watch”larında daha çox təhlükəsizliyə fokuslanıb – Qiymətlər

“Apple” şirkətinin dünən, yəni sentyabrın 7-də elan etdiyi axırıncı iPhone və “Apple Watch” seriyaları daha çox təhlükəsizlik məsələsinə fokuslanıb və istənilən fövqəladə vəziyyətlərdə sizə kömək olacaq. iPhone 14-də fövqəladə vəziyyət (SOS) funksiyası wi-fi və əlaqə olmadıqda belə fövqəladə xidmətlər mərkəzlərini məlumatlandıracaq. 

BBN.az xəbər verir ki, bu haqda CNBC Business nəşri yazıb.

“Crash Detection” isə avtomobil qəzası zamanı, avtomotik şəkildə fövqəladə xidmətlər ilə əlaqəyə keçəcək və yerinizi müəyyən edəcək və təcili kontakt siyasındakı şəxsləri məlumatlandıracaq. 

“Apple Watch Ultra”nın istifadəçiləri isə xeyli sayda təhlükəsizlik funksiyalarına əlçatanlıq əldə edəcəklər, bu isə fövqəladə vəziyyətlər üçün dizayn edilib. 

Standart iPhone 14 modeli ABŞ bazarında 799, 14 Plus isə 899 dollardan başlayacaq. Öncədən sifarişlər sentyabrın 9-dan start götürəcək, standart iPhone 14 üçün sentyabrın 16-dan, 14 Plus üçün isə oktyabrın 7-indən olacaq.

Kompaniyanın yeni təqdimatına isə BURADAN baxmaq olar.

Related posts

Ölkədə 2,7 milyon təsərrüfatın genişzolaqlı internetə çıxışı təmin olunub

“Milliön” Yevlax Xidmət Mərkəzi yerli əhalinin ixtiyarına verilib

Visa ABB-nin layihələrini mükafatlandırdı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı