“Apple” yenidən dünyanın ən dəyərli brendi seçildi

2025-ci ildə “Apple” ardıcıl dördüncü dəfə dünyanın ən dəyərli brendi adını qoruyub saxlayıb.

BBN.az xəbər verir ki, “BrandZ Top 100 Most Valuable Global Brands” reytinqinə əsasən, “Apple” birinci yerdə qərarlaşıb. Siyahıda ikinci pillədə 944,1 milyard dollar brend dəyəri ilə “Google”, üçüncü yerdə isə 884,8 milyard dollarla “Microsoft” yer alıb.

“Amazon” brend dəyərini 50% artıraraq 866,1 milyard dollara çatdırıb və dördüncü sıraya yüksəlib. Ən böyük sıçrayışı isə “Nvidia” göstərib – texnologiya nəhənginin brend dəyəri 2,5 dəfə artaraq 509,4 milyard dollara çatıb və nəticədə şirkət beşinci pilləyə qalxıb.

Daha sonra siyahıda “Facebook” (300,7 milyard dollar), “Instagram” (229 milyard dollar) və səkkizinci yerə düşən “McDonald’s” qərarlaşıb. İlk onluqda həmçinin “Oracle” (215,3 milyard dollar) və “Visa” (213,3 milyard dollar) yer alıb.

Siyahıda Çin brendləri də diqqət çəkib. “Huawei” (64,7 milyard dollar) və “Xiaomi” (21,9 milyard dollar) brend dəyərlərini iki dəfədən çox artırıb. ABŞ-dan isə “VMware” (47 milyard dollar) reytinqdə ciddi yüksəliş nümayiş etdirən şirkətlər arasında olub.

Bu il reytinqə ilk dəfə daxil olan brendlər arasında “ChatGPT” (43,6 milyard dollar, 60-cı yer), “Stripe”, “Chipotle” və “Spotify” da yer alıb.

Qeyd edək ki, sözügedən siyahı 2006-cı ildən etibarən “Kantar” şirkəti tərəfindən hazırlanır. Reytinq tərtib edilərkən həm maliyyə göstəriciləri, həm də milyonlarla istehlakçının rəyi nəzərə alınır.

Related posts

“OpenAI” “Torch” şirkətini 100 milyon dollara satın aldı

Qlobal şirkətlər iş yerlərini ixtisar edir

“JPMorgan” xalis mənfəətinin azaldığını bildirib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı