Aprel ayı ərzində Böyük Britaniyada cəmi 197 avtomobil istehsal olunub

Böyük Britaniyanın Motor İstehsalçıları və Ticarətçiləri Birliyi (SMMT) aprel ayında Böyük Britaniyanın avtomobil bazarı ilə bağlı hesabat yayımlayıb. Hesabata görə, koronavirus pandemiyası səbəbindən istehsal müəssisələrinin bağlanması ilə aprel ayında ölkədə avtomobil istehsalı rekord səviyyədə geriləyərək 197-yə enib. Qeyd edək ki, ötən ilin aprel ayında Böyük Britaniyada avtomobil istehsalı 71 mini üstələyib.

Ümumilikdə, 2020-ci il üzrə ölkədə avtomobil istehsalı həcminin 870 mini keçməyəcəyi ehtimal edilir. Ən son, 2009-cu ilin maliyyə böhranı dövründə buna yaxın göstərici (999 min 460 avtomobil) qeydə alınıb. 2009-cu il istisna olmaqla, ölkədə avtomobil istehsalı 1980-ci ildən bu yana 1 milyon ədədin altına düşməyib.

“Nissan” şirkətinin Sanderlend şəhərində yerləşən nəhəng istehsal zavodu da daxil olmaqla, bir sıra zavodların yenidən istehsala açıldığı nəzərə alındıqda, sözügedən göstəricinin növbəti aylarda pilləli olaraq artması ehtimal edilir.

Related posts

İsveçrə Mərkəzi Bankı uçot faiz dərəcəsini azaltdı

İngiltərənin Mərkəzi Bankından uçot faiz dərəcəsi ilə bağlı – Yeni qərar

IFC Mərkəzi və Şərqi Avropa üzrə yeni regional direktor təyin edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı