Aqrar Kredit və İnkişaf Agentliyinin təşkilatçılığı ilə Donor Əlaqələndirmə görüşü keçiriləcək

Mayın 27-də Aqrar Kredit və İnkişaf Agentliyinin təşkilatçılığı ilə Donor Əlaqələndirmə görüşü keçiriləcək. Görüşdə beynəlxalq təşkilatların nümayəndələri və Nazirliyin struktur bölmələrinin əməkdaşları iştirak edəcəklər. Tədbirdə icra olunan layihələr və gələcək əməkdaşlıq perspektivləri barədə müzakirələr aparılacaq.

Azərbaycan Respubikası Kənd Təsərrüfatı Nazirliyi həyata keçirdiyi layihələrdə Dünya Bankı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Avropa İttifaqı, Beynəlxalq Maliyyə Korporasiyası, Almaniya Əməkdaşlıq Təşkilatı (GIZ), USAID, Kənd Təsərrüfatının İnkişafı üzrə  Beynəlxalq Fond (IFAD), Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Asiya İnkişaf Bankı (ADB) kimi təşkilatlarla əməkdaşlıq edir.

Hazırda kənd təsərrüfatının bitkiçilik, bitki sağlamlığı, toxumçuluq, heyvandarlıq, baytarlıq xidmətlərinin inkişaf etdirilməsi, süni mayalandırma, məsləhət xidmətləri, investisiyaların təşviqi və s. istiqamətlərində 18 layihə  icra olunur, 10 layihənin icrası nəzərdə tutulur.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı