Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Aqrar sığorta eksperti olmaq istəyənlər üçün - İMTAHAN KEÇİRİLİB - BBN

Aqrar sığorta eksperti olmaq istəyənlər üçün – İMTAHAN KEÇİRİLİB

Son illər Azərbaycanda aqrar sığortaya marağın böyüməsi ilə aqrar sığorta ekspertlərinə tələbat da yüksəlib.

İyunun 23-də aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyənlər üçün Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda test imtahanı keçirilib.
Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta sistemində aqrar sığorta ekspertləri mühüm yer tutur. Ekspertlər sığortalanan təsərrüfatlara baxış keçirir, eləcə də sığorta hadisəsi baş verdikdə səbəbini araşdırır və zərəri hesablayırlar.

Təsərrüfatlarının sığortalanması və zərərin ödənilməsi ilə bağlı qərarlar müstəqil aqrar sığorta ekspertlərinin rəyi ilə qəbul edilir. Bu xidmətlərə görə ekspertlərə xidmət haqqı və yol pulu ödənilir.

Son illər Azərbaycanda aqrar sığortaya marağın böyüməsi – sığortalanan təsərrüfatların sayının kəskin artması, eləcə də iqlim dəyişiklikləri nəticəsində sığorta hadisələrinin çoxalması ilə aqrar sığorta ekspertlərinə tələbat da yüksəlib.

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən peşə, orta ixtisas, bakalavr və magistr səviyələrində təhsil almış 70-ə yaxın ixtisas sahibi müstəqil aqrar sığorta eksperti ola bilər.

Bunun üçün ASF-də təşkil olunan təlimlərdə iştirak etmək, daha sonra Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahandan keçmək lazımdır.

İyunun 23-də keçirilən imtahanda 43 nəfər iştirak edib. 19 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb. 13 nəfər kənd təsərrüfatı bitkilərinin və bitkiçilik məhsullarının sığortası, 6 nəfər isə kənd təsərrüfatı heyvanlarının və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların sığortası üzrə müstəqil ekspert sertifikatı əldə edib.
İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası iyunun 24, 25 və 27-də saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 108) fəaliyyət göstərəcək.

Related posts

2026-cı ildə aqrar sektorda süni intellektin tətbiqinin genişləndirilməsi əsas vəzifələrdən olacaq

Sərnişinlərin fərdi qəza sığortası ilə bağlı yeni layihələr hazırlanıb

İSB: Sərnişinlərin icbari fərdi qəza sığortası ilə bağlı yeni layihələr hazırlanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı