Aqrar Sığorta Fondu Sığorta Forumunda iştirak edib

Azərbaycanda kənd təsərrüfatının dövlət dəstəyi ilə çoxsaylı risklərdən sığortasını həyata keçirən Aqrar Sığorta Fondu Bakıda keçirilən “Sığorta Agentləri və Vasitəçiləri Forumu”nda təmsil olunub.
Azərbaycan Respublikasının Mərkəzi Bankının strateji dəstəyi, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosunun birgə əməkdaşlığı ilə keçirilən Forumda aidiyyəti dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, sığorta və bank sektorunun təmsilçiləri, habelə sığorta agentləri və broker şirkətlərinin nümayəndələri iştirak ediblər.
Forumda ASA-nın icraçı direktoru Elmar Mirsalayev və Azərbaycan Mərkəzi Bankının baş direktoru Vüsal Qurbanov açılış nitqi ilə çıxış ediblər. Forumun spikerləri sırasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini, millət vəkili Azər Badamov, Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasının sədri Ülviyyə Cabbarova, İcbari Sığorta Bürosunun icraçı direktoru Vüsal Məsiyev və Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov da olub.
Tədbirdə sığorta vasitəçilərinin fəaliyyətinin tənzimlənməsi, sığorta şirkətlərinin agent və vasitəçilərlə iş siyasəti və yeni çağırışlar, eləcə də bu sahədə beynəlxalq təcrübə ilə bağlı çıxışlar və müzakirələr aparılıb.
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov aqrar sığorta mexanizmində sığorta agentləri və vasitəçilərin rolu, hazırda bu sahədə uğurla tətbiq olunan dövlət-özəl əməkdaşlığı formatı barədə məlumat verib. Onun sözlərinə görə, vasitəçilərlə iş üzrə tətbiq edilən bu mexanizm əsas hədəf kütləsi bölgələrdə olan aqrar sığortanın fermerlər üçün daha da əlçatan olmasına şərait yaradıb.
Forumda “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-nin İdarə Heyətinin sədri Elnarə Abbasova panel müzakirələrində iştirak edərək aqrar sığorta modelində vasitəçilərlə iş, onun xüsusiyyətləri barədə geniş məlumat verib, sualları cavablandırıb.

Related posts

ABB növbəti dəfə yüksək təhlükəsizlik sertifikatı aldı!

Mərkəzi Bankın rəhbər şəxsləri üçün ADA Universitetində keçirilən “Liderlik səriştələri üzrə təlim proqramı”nın bağlanış mərasimi keçirilib

ASC “Xalq” Bankının Müşahidə Şurasına yeni müstəqil üzvlər seçilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı