Aqrar Sığorta Fondunda növbəti Könüllülük proqramını uğurla başa vuran gənclərə sertifikatlar təqdim edildi

Proqramda iştirak edən könüllülər Aqrar Sığorta Fondunda çalışdıqları müddətdə yeni bilik və bacarıqlar əldə etdiklərini, ən əsası isə kollektivdə işləmək təcrübəsi qazandıqlarını bildiriblər.

Aqrar Sığorta Müştərək Sığorta Şirkətinin İnsan Resursları şöbəsinin rəhbəri Nuranə Əzizova gəncləri salamlayaraq onları könüllük proqramını uğurla başa vurmaları münasibətilə təbrik edib, gələcək fəaliyyətlərində uğurlar diləyib. Bildirib ki, hazırda respublika ərazisində keçirilən bütün beynəlxalq tədbirlərdə, eləcə də dövlət orqanlarının gündəlik fəaliyyətində könüllülərin misilsiz xidmətləri var. Aqrar Sığorta Fondunda çalışdıqları son 3 ay ərzində könüllülər fondun müxtəlif strukturlarının – müştəri xidmətləri, əməliyyat, hadisələrin araşdırılması və tənzimlənməsi departamentlərinin fəaliyyətini öyrənib, proseslərə dəstək veriblər. Proqram çərçivəsində könüllülərə sığorta sistemi, aqrar sığorta mexanizmi, onun əhəmiyyəti və iş prinsipi ilə bağlı təlim keçirilib. Təlimdə könüllülərə bitkiçilik və heyvandarlıq üzrə sığorta qaydaları, baza və geniş təminata daxil olan risklər, sığorta haqqı, sığorta məbləği terminləri izah edilib. Təlim zamanı məhsulların sığortalanması ilə bağlı çoxsaylı misallar göstərilib, aqrar sığorta və ödəniş prosesi haqqında məlumat verilib. Proqramda iştirak edən könüllülər Aqrar Sığorta Fondunda çalışdıqları müddətdə yeni bilik və bacarıqlar əldə etdiklərini, ən əsası isə kollektivlə işləmək təcrübəsi qazandıqlarını bildiriblər. Onların sözlərinə görə könüllülük fəaliyyəti onların fərdi inkişafına təsir edir və gələcək kadr kimi formalaşdırır. Qeyd edək, könüllülər arasında BDU, İqtisad Universiteti, Qərb Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzun və magistr tələbələri də var. Tədbirin sonunda təlimi uğurla başa vuran könüllülərə sertifikatlar təqdim olunub.  

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı