Aqrar sığorta üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün təlimlərə sənəd qəbulunun vaxtı uzadıldı

Təlimlərə sənəd qəbulu 15 yanvar 2023-cü il tarixinədək davam edəcəkdir.

Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün təlimlərə sənəd qəbulunun vaxtı uzadılıb. Aqrar Sığorta Fondundan verilən məlumata görə təlimlərdə iştirak etmək istəyən namizədlərin sənədlərinin qəbulu 15 yanvar 2023-cü il tarixindək davam edəcək. Aqrar Sığorta Fondunun inzibati binasında – Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 175 ünvanında təşkil olunacaq təlimlər 2023-cü il yanvar ayının 25-də başlayacaq və namizədlərin çoxluğu nəzərə alınaraq mərhələli şəkildə keçiriləcək

“Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspertlərin imtahanının keçirilməsi Qaydası”na əsasən imtahanlar bir mərhələdə keçiriləcək. İmtahan sualları yalnız təlim proqramını əhatə edir, eyni zamanda peşə təhsilli şəxslərə də (müvafiq sahə üzrə 5 illik iş təcrübəsinə malik olduqda) imtahanlarda iştirak imkanı yaradılır.

Təlimlər aşağıdakı növ sertifikatların verilməsi üçün müstəqil ekspert olmaq istəyən şəxslərin Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək imtahanlara buraxılması üçün təşkil olunur:

  1. Kənd təsərrüfatı bitkilərinin və bitkiçilik məhsullarının (çoxillik əkmələr də daxil olmaqla) sığortası üzrə müstəqil ekspert sertifikatı;
  2. Kənd təsərrüfatı heyvanlarının və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların sığortası üzrə müstəqil ekspert sertifikatı;
  3. Akvakultura məhsullarının sığortası üzrə müstəqil ekspert sertifikatı.

Təlimdə 71 ixtisas üzrə ali, orta ixtisas və ya peşə təhsilli şəxslər iştirak edə bilərlər. İxtisaslar aşağıda göstərilmişdir: 

1-ci sertifikat növü üzrəpeşə təhsili üzrə ixtisaslarüzüm ustası, tərəvəz ustası, meyvə-tərəvəz ustası, bitki mühafizəsi ustası, tütün ustası, maya göbələyi yetişdirən usta, gülbecərən usta, çaybecərən usta, efir yağlı bitkilər mütəxəssisi, çəltikçi, pambıqçı, baramaçı, bağban, yaşıl təsərrüfatı fəhləsi
orta ixtisas təhsili üzrə ixtisaslarşərabçılıq və qıcqırtma istehsalatının texnologiyası, taxıl və taxıl məhsullarının texnologiyası, aqrar (fermer) təsərrüfatının təşkili, aqronomluq, aqroturizm, bağçılıq və tərəvəzçilik, hidromeliorasiya və torpaq mühafizəsi, istixana təsərrüfatı, meşə və park, pambıqçılıq, ipəkçilik
ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisaslarbiologiya, biotexnologiya, aqromühəndislik, aqronomluq, bağçılıq və tərəvəzçilik, bitki mühafizəsi, meşəçilik, şərabçılıq, torpaqşünaslıq və aqrokimya, coğrafiya, ekologiya, geologiya, qida mühəndisliyi
ali təhsilin magistratura səviyyəsi üzrə ixtisaslarbiologiya, coğrafiya, hidrometeorologiya, geologiya, ekologiya, qida məhsulları mühəndisliyi, torpaqşünaslıq və aqrokimya, aqronomluq, yer quruluşu, torpaq və şəhər kadastrı, aqromühəndislik, meşəçilik
2-ci sertifikat növü üzrə  peşə təhsili üzrə ixtisaslarheyvandarlıq kompleksləri və mexanikləşdirilmiş fermaların mexanizatoru, elektrik montyoru, heyvandarlıq kompleksləri və mexanikləşdirilmiş fermaların operatoru, heyvanlarda süni mayalanma üzrə texnik, mexanikləşdirilmiş heyvandarlıq fermalarının və komplekslərin mexanizatoru və elektrik montyoru, maşınla sağım operatoru, quşçuluq fabriklərinin və mexanikləşdirilmiş fermaların operatoru, arıçı
orta ixtisas təhsili üzrə ixtisaslarsüd və süd məhsullarının texnologiyası, baytarlıq, zootexniklik
ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisaslarbaytarlıq təbabəti, zoomühəndislik
ali təhsilin magistratura səviyyəsi üzrə ixtisaslarzootexniklik, baytarlıq
3-cü sertifikat növü üzrəpeşə təhsili üzrə ixtisaslar 
orta ixtisas təhsili üzrə ixtisaslarsu bioehtuyatları və akvakultura, balıq və balıq məhsullarının texnologiyası
ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisaslarbalıqçılıq, su bioehtiyatları və akvakultura, biologiya
ali təhsilin magistratura səviyyəsi üzrə ixtisaslarbalıqçılıq və balıqçılıq təsərrüfatı işi, su bioehtiyatları və akvabitkiləri, biologiya

Qeyd 1: Peşə təhsili olan namizədlərin namizədliyinin qeydə alınması üçün müvafiq sahə üzrə 5 (beş) ildən az olmayaraq iş təcrübəsinə malik olmaları tələb olunur.

Qeyd 2: Bu siyahıda qeyd edilmiş ixtisaslara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 iyun tarixli 95 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nda həmin ixtisaslara aid bütün ixtisaslaşmalar daxildir.

Təlimdə iştirak etmək istəyən namizədlər aşağıdakı sənədləri Aqrar Sığorta Fonduna təqdim etməlidirlər:

1) şəxsiyyətini təsdiq edən sənədin surəti;

2) yuxarıda qeyd edilmiş ixtisaslardan hər hansı birinə malik olmasını təsdiq edən sənədin surəti;

3) peşə təhsilinə malik olan namizədlərə münasibətdə müvafiq sahə üzrə 5 (beş) ildən az olmayan iş təcrübəsinin olmasını təsdiq edən sənədin surəti;

4) xarici ölkədə ali təhsil aldıqda Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını təsdiq edən sənədin surəti;

5) ödəniş edilməsini təsdiq edən sənəd.

Təlimdə iştirak ödənişlidir və təlimdə iştirak haqqı 20,00 AZN (ƏDV daxil olmaqla) təşkil edir. Namizədlər aşağıdakı bank rekvizitləri vasitəsilə təlimdə iştirak üçün tələb olunan pul vəsaitini ödəyə bilərlər:

Hesab: AZ58AIIB38060019440801826103

Kapital Bank ASC Yasamal filalı

Kodu: 200037

VÖEN: 9900003611

Müxbir hesab: AZ37NABZ01350100000000001944

SWİFT BİK: AIIBAZ2XXXX

Kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları üzrə ekspert-namizədlər üçün 104 saat (ən azı 16 saatı təsərrüfat sahələrində praktiki təcrübə), kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanlar üzrə ekspert-namizədlər üçün 40 saat (ən azı 4 saatı təsərrüfat sahələrində praktiki təcrübə), akvakultura məhsulları üzrə ekspert-namizədlər üçün isə 20 saat (ən azı 2 saatı təsərrüfat sahələrində praktiki təcrübə) olmaqla təlim təşkil edilir. Namizədlər təlim materialları ilə Aqrar Sığorta Fondu tərəfindən təmin edilir.

Təlimdə iştirak etmək mütləqdir və təlimi müvəffəqiyyətlə başa vurmayan şəxslər Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan aqrar sığorta fəaliyyəti üzrə müstəqil eskpert imtahanlarına buraxılmayacaqdır. Təlimi müvəffəqiyyətlə başa vurmuş şəxslərin siyahısı və təqdim edilmiş sənədlər namizədlərin aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert imtahanlarına cəlb olunması üçün Aqrar Sığorta Fondu tərəfindən Dövlət İmtahan Mərkəzinə göndərilir.  

Təlimlərin təşkili və keçirilməsi ilə bağlı əlavə məlumat almaq üçün 1651 çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.

Related posts

Aqrar Sığorta Fondunun əhatə etdiyi əkin sahələri genişlənir, müstəqil ekspertlərin sayı artırılır

AMB sığorta sektorunun cari ilin yanvar-iyul aylarına dair statistikasını açıqlayıb – Foto

AMB daha bir şirkətə sığorta agenti fəaliyyəti üçün lisenziya verib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı