Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
AQTA İnstitutu maliyyə hesabatlarının auditi üçün tender elan edib - BBN

AQTA İnstitutu maliyyə hesabatlarının auditi üçün tender elan edib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nəzdində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu maliyyə hesabatlarının auditi xidmətinin satın alınması məqsədilə açıq tender elan edib.

Tenderdə iştirak haqqı 25 manat təşkil edir.

İddiaçılar təkliflərini martın 6-na qədər İnstitutun Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 73C ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər. Təkliflərə həmin gün saat 16:35-də göstərilən ünvanda baxılacaq.

Məlumata görə, ötən il keçirilmiş analoji tenderin qalibi “Azəruçot” şirkəti olub və qalib şirkətə 8 min manat ödənilib.

Related posts

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Yanvarda dövlət büdcəsindən 15,8 milyon manata yaxın vəsait geri qaytarılıb

Bakı Fond Birjası Yelo Bank-da ilk “Yelo İnvestisiya Paneli” ndə iştirak edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı