Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Aramco-nun xalis mənfəəti 29,5% azalıb - BBN

Aramco-nun xalis mənfəəti 29,5% azalıb

Səudiyyə Ərəbistanının milli neft şirkəti olan “Saudi Aramco”nun ilin birinci yarısında xalis mənfəəti neft qiymətlərinin aşağı olması səbəbindən əvvəlki ilin eyni dövrü ilə müqayisədə 29,5% azalıb.

Səudiyyə Aramco tərəfindən açıqlanan maliyyə balansına görə, şirkətin yanvar-iyun dövründə xalis mənfəəti 61,9 milyard dollara qədər azalıb. Şirkət ötən ilin eyni dövründə 87,9 milyard dollar xalis mənfəət əldə etdiyini açıqlamışdı.

Gözləntilərin altında olan nəticələrin qlobal iqtisadi qeyri-müəyyənliklərin təsiri ilə xam neft qiymətlərinin aşağı düşməsi və neft emalı zavodunun mənfəət marjasının azalması ilə bağlı olduğu bildirilib.

Bəyanatda fikirləri yer alan Saudi Aramco-nun baş icraçı direktoru (CEO) Amin Nasser, neft qiymətlərindəki zəif kursa uyğun olaraq, şirkət mənfəətinin düşməsinə baxmayaraq, şirkətin orta və uzunmüddətli böyümə strategiyasının plana uyğun olaraq irəlilədiyini ifadə etdi.

2022-ci ilin birinci rübündə xalis mənfəətini əvvəlki ilə nisbətən 82% artıran Aramco yüksək neft qiymətlərindən yararlanaraq dünyanın ən dəyərli şirkəti sıralamasında ABŞ-ın texnologiya şirkəti Apple-ı 2020-ci ildən sonra ilk dəfə olaraq geridə qoyaraq liderliyi qazanmışdı.

Related posts

Kapital Bank və Milli Aviasiya Akademiyası arasında əməkdaşlıq memorandumu imzalanıb

Yelo Bank-da kredit faizləri artıq 8.9%-dən başlayır!

Unibank müştəriləri 4 milyon manatdan çox keşbek qazanıblar

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı