Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Naxçıvanda ƏMAS-ın tətbiqi ilə bağlı silsilə maarifləndirici tədbirlər keçirilir - BBN

Naxçıvanda ƏMAS-ın tətbiqi ilə bağlı silsilə maarifləndirici tədbirlər keçirilir

axçıvanda “Əmək və məşğulluq“ altsisteminin (ƏMAS) tətbiqi ilə əlaqədar silsilə maarifləndirici tədbirlər keçirilir.

 

Görüşlərdə ötən ilin may ayında istifadəyə verilən, vahid əmək münasibətləri platforması olan ƏMAS-ın üstünlükləri, işçi və işəgötürənlər üçün faydaları diqqətə çatdırılır.

 

ƏMAS vasitəsilə əmək münasibətlərinə daimi nəzarətin və eyni zamanda bu e-sistem üzərindən işəgötürənlərə qanunvericilikdən irəli gələn tələblərlə bağlı məlumatların, izahların çatdırılması həyata keçirilir.

 

Naxçıvan Muxtar Respublikası Dövlət Əmək Müfəttişliyi Xidməti və Dövlət Məşğulluq Agentliyinin birgə təşkil etdiyi tədbirlərdə işəgötürən və onun nümayəndələrinin qarşılaşdıqları açıq suallar cavablandırılır, müvafiq mövzu üzrə müzakirələr aparılır.

 

Artıq muxtar respublikanın Culfa, Ordubad, Sədərək, Şərur, Babək, Şahbuz rayonlarında işəgötürən və onun nümayəndələri ilə görüşlər həyata keçirilib.

 

Tədbirlərdə dövlət və qeyri-dövlət müəssisələrinin nümayəndələri, həmçinin rayonlarda yerləşən müəssisələrin işəgötürənləri iştirak ediblər.

 

Tədbirlər muxtar respublikanın digər rayonlarında da davam etdiriləcək.

Related posts

Tələbələr arasında “Vergilər” mövzusunda ümumrespublika olimpiadası keçiriləcək

“ASAN xidmət” təcrübəsinin Tacikistanla paylaşılmasına dair müzakirələr aparılıb

WUF13 çərçivəsində KOB-ların dayanıqlı şəhər inkişafında rolu müzakirə edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı