Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
ARDNF-in aktivləri 72,6 milyard dollara yaxınlaşıb - BBN

ARDNF-in aktivləri 72,6 milyard dollara yaxınlaşıb

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri bu il iyulun 1-nə 72 milyard 596 milyon ABŞ dolları təşkil edib.

BBN.az xəbər verir ki, bu göstərici yanvarın 1-i ilə müqayisədə 1,3% azdır.

Məlumata görə, 2026-cı ilin ilk 6 ayında ARDNF-in büdcə gəlirləri 8 milyard 531,3 milyon manat olub. Bunun 4 milyard 953,4 milyon manatı neft-qaz gəlirlərinin, 3 milyard 577,9 milyon manatı isə investisiya və idarəetmə gəlirlərinin payına düşüb. Fondun büdcə xərcləri 6 milyard 447,9 milyon manat təşkil edib.

Qızılın qiymətindəki dəyişikliklər və valyuta məzənnələri arasındakı fərqdən yaranan büdcədənkənar xərc isə 3 milyard 688,1 milyon manat olub.

Hesabat dövründə ARDNF mənfəət neft-qazının satışından 4 milyard 947,6 milyon manat, bonus ödənişləri və tranzitdən 0,9 milyon manat, akr hesabı ödənişlərdən isə 4,9 milyon manat gəlir əldə edib. Fondun gəlirlərinə “Azəri-Çıraq-Günəşli” yatağından 4 milyard 374,9 milyon manat, “Şahdəniz” yatağından isə 437,1 milyon manat vəsait daxil olub.

İlin ilk 6 ayında ARDNF dövlət büdcəsinə 6 milyard 420 milyon manat transfert edib. Bundan əlavə, ali təhsil üzrə dövlət proqramlarının maliyyələşdirilməsinə ümumilikdə 14,4 milyon manat, fondun idarəetməsinə isə 15,4 milyon manat xərclənib.

ARDNF bildirib ki, ilin ilk rübündə başlayan ABŞ-İran münaqişəsi qlobal maliyyə və enerji bazarlarında yüksək volatilliyə səbəb olub və bütün investisiya istiqamətlərinə mənfi təsir göstərib. İkinci rübdə isə müxtəlif maliyyə alətlərində qiymətlərin bərpası fonunda müsbət gəlirlilik əldə edilib. Qızılın qiymət dinamikası isə fondun idarəetməsində olan ümumi vəsaitlərə mənfi təsir göstərib.

Fondun məlumatına əsasən, qlobal səhm bazarlarında birinci rübün əvvəlində artım müşahidə olunsa da, İran münaqişəsinin kəskinləşməsi və geosiyasi risklərin yüksəlməsi sonrakı dövrdə bazarlara mənfi təsir edib. İkinci rübdə isə süni intellekt sektoruna investisiya marağının artması və atəşkəs danışıqları fonunda neft qiymətlərinin ucuzlaşması bazarlarda bərpaya səbəb olub.

ARDNF qeyd edib ki, qızılın qiyməti birinci rübün əvvəlində ABŞ dollarının zəifləməsi və investorların təhlükəsiz aktivlərdən real aktivlərə yönəlməsi nəticəsində kəskin yüksəlib. Rübün sonunda isə qiymətlərdə azalma qeydə alınıb və real faiz dərəcələrinin artması fonunda bu tendensiya ikinci rübdə də davam edib.

Related posts

ARDNF-in investisiyalarında Avropanın payı azalıb

ARDNF-in investisiya portfelində dolların payı artıb

ARDNF-in portfelində istiqrazların payı azalıb, səhmlər və qızıl artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı