Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
ARDNF-in investisiyalarında Avropanın payı azalıb - BBN

ARDNF-in investisiyalarında Avropanın payı azalıb

Bu il iyulun 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiyalarında Avropa ölkələrinin payı 27% təşkil edib.

BBN.az xəbər verir ki, bu göstərici ötən ilin eyni tarixi ilə müqayisədə 4,4 faiz bəndi azalıb.

Hesabat dövründə ARDNF-in investisiya portfelində Şimali Amerika ölkələrinin payı 2,2 faiz bəndi artaraq 27,5%-ə, Asiya ölkələrinin payı 0,8 faiz bəndi yüksələrək 9,9%-ə çatıb.

Yaxın Şərq ölkələrinin payı dəyişməyərək 1,4%, Avstraliya və Yeni Zelandiyanın payı 0,2 faiz bəndi artaraq 1,1%, Latın Amerikası ölkələrinin payı isə dəyişməyərək 0,1% təşkil edib.

ARDNF-in investisiyalarında beynəlxalq maliyyə təşkilatlarının payı 1,4 faiz bəndi azalaraq 1,6%-ə düşüb. Qızılın payı isə 2,6 faiz bəndi artaraq 31,4%-ə yüksəlib.

İyulun 1-nə ARDNF-in investisiya portfelinin ümumi dəyəri 72 milyard 595,1 milyon ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,1% çoxdur.

Hesabat tarixinə Fondun aktivləri isə 72 milyard 596 milyon ABŞ dolları olub ki, bu da illik müqayisədə 9,1% artım deməkdir.

Related posts

AYİB-in Azərbaycandakı cari portfeli 892 milyon avroya yüksəlib

Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 14%-ə endirdi

İKZF 20 ildə 201 milyon manat mənfəət əldə edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı