Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
ARDNF noyabrda valyuta hərraclarındakı satışın 55%-ni təmin edib - BBN

ARDNF noyabrda valyuta hərraclarındakı satışın 55%-ni təmin edib

Bu ilin noyabr ayında Azərbaycan Mərkəzi Bankının (AMB) keçirdiyi valyuta hərraclarında satılmış 427 milyon ABŞ dolları vəsaitin 234,7 milyon ABŞ dolları və yaxud 55%-i Dövlət Neft Fonduna (ARDNF) məxsus olub.

Bu barədə Fonddan bildirilib.

Başqa sözlə, AMB ötən ay da valyuta ehtiyatlarının bir hissəsini (192,3 milyon ABŞ dolları) hərraca çıxarmalı olub. Bununla belə, ay ərzində qurumun valyuta ehtiyatları 107,8 milyon ABŞ dolları və yaxud 1% artaraq 10 milyard 508,1 milyon ABŞ dollarından 10 milyard 615,9 milyon ABŞ dollarına çatıb.

Related posts

Unibank ikinci rübün maliyyə nəticələrini açıqladı

Xalq Bank II rübün yekunlarını açıqladı

AMB İslam maliyyəsi sahəsində beynəlxalq mükafata layiq görülüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı