AREA-nın direktor müavini Budapeştdə Enerji üzrə İşçi Qrupunun iclasında çıxış edib

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) direktor müavini Aygün Zeynalova Budapeştdə Azərbaycan Respublikası Hökuməti və Macarıstan Hökuməti arasında Enerji üzrə İşçi Qrupunun 3-cü iclasında iştirak edib.

Aygün Zeynalova “Yaşıl Enerjinin Ötürülməsi Konsepsiyası” adlı təqdimatla çıxış edib, yaşıl enerjinin nəqli yolları, imkanları, gələcəkdə hidrogen ixracı imkanları və digər məsələlər barədə məlumat verib.

İclasda həmçinin Avropa İttifaqı ilə imzalanmış Memorandum çərçivəsində Azərbaycanın Avropanın enerji təchizatına gələcək töhfəsi, yaşıl enerji dəhlizi, Macarıstanın yaşıl enerji üzrə inkişaf planı və enerji səmərəliliyi sahəsində təcrübəsinə dair təqdimatlar edilib və çıxışlar dinlənilib.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı