ARMB-nın 84 günlük notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

20 iyul 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2118024705 dövlət qeydiyyat nömrəli 40 milyon manat həcmində 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərracı zamanı 8 investor tərəfindən qiymət intervalı 9761.5260 (10.47%) manat və  9805.7400 (8.49%) manat olan 8 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği  60,240,000 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9783.1406 (9.5%) manat və orta ölçülmüş qiyməti isə 9796.9186 (8.88%) manat olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 40,000,000 manat təşkil etmişdir.

Notların ödəmə tarixi 12.10.2023-cü ildir.

Related posts

“Level Leasing” ASC-nin səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Qızıl yenidən bahalaşıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı