Artıq Rabitəbank müştəriləri banka getmədən hesab aça biləcəklər!

Müştəriləri üçün xidmətlərini gündən-günə əlçatan edən Rabitəbank, yeni məsafədən hesab və biznes kartı açma xidmətini təqdim edir.Artıq hüquqi şəxslər və fərdi sahibkarlar filiala gəlmədən məsafədən bank hesabları və biznes kartı aça biləcəklər.

Beləliklə, müştərilər istədikləri yerdən hesab açaraq dəyərli vaxtlarını biznesin inkişafına sərf edə bilərlər. Bunun üçün isə ASAN imza olmağı kifayətdir.

Hesab açma mərhələsi necə gedir?

  • Tələb olunan sənədləri təqdim edirsiniz;
  • Sizə uyğun vaxtda video görüş təyin edirsiniz;
  • Bank tərəfdən sizə gələn müqavilələri imzalayıb, hesabı açırsınız.

Məsafədən hesab açılma prosedurunu İnternet Bankinq sistemi üzərindən https://rbt.az/hesab-ac həyata keçirə bilərsiniz.

“Rabitəbank” ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması və “RabitaBot” çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

Related posts

Birbank taksit kartı sahiblərinə Trendyol ödənişlərində hissəli ödəmə imkanı

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Bankların xalis mənfəətinin həcminə görə renkinqi – II rüb/2024

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı