ASA ilə DİA arasında əməkdaşlığa dair anlaşma memorandum imzalanıb

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə Azərbaycan Sığortaçılar Assosiasiyası arasında əməkdaşlığa dair anlaşma memorandum imzalanıb. Memorandumu Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov və Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Elmar Mirsalayev imzalayıblar.

Memorandum Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olaraq ölkə iqtisadiyyatının dinamik inkişafına cavab verə bilən yüksək ixtisaslı, rəqabətədavamlı kadrların hazırlanması, tələbələrdə sığorta savadlılığının artırılması məqsədilə silsilə seminarların təşkili, kadr hazırlığının keyfiyyətinin artırılması məqsədilə tələbələrin istehsalat təcrübəsi keçməsi və məzunların işlə təmin olunması, sığorta bazarının real problemlərinin həllinə həsr olunmuş magistr və doktorluq dissertasiyalarının birgə rəhbərliklə işlənməsi, əməkdaşların ixtisas səviyyəsinin artırılması məqsədilə kursların təşkili, qurumlarda keçirilən elmi-texniki tədbirlərdə birgə iştirakın təmin edilməsi istiqamətində əməkdaşlıq və digər məsələləri əhatə edir. Eyni zamanda, sənəddə Akademiya ilə Assosiasiya arasında əlaqələrin inkişaf etdirilməsi üçün birgə elmi-praktiki konfransların, seminarların təşkil edilməsi kimi məsələlərdə öz əksini tapıb.

Related posts

Mobil operatorlar yeddi ayda 700 mln. manata yaxın gəlir əldə ediblər

Nazir Rəşad Nəbiyev Türkiyə Respublikası Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgünlə görüşüb

Dövlət Xidməti internet tariflərinin artımı ilə əlaqədar araşdırmalara başlayıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı