Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
ASA: Türk dövlətləri arasında ortaq InsurTech platforması regionun rəqabət qabiliyyətini artıracaq - BBN

ASA: Türk dövlətləri arasında ortaq InsurTech platforması regionun rəqabət qabiliyyətini artıracaq

Türk dövlətləri arasında ortaq InsurTech platformasının yaradılması regionun beynəlxalq rəqabət gücünü yüksəldəcək. Bunu Azərbaycan Sığortaçılar Assosiyasının (ASA) sədri Elmar Mirsalayev Bakıda keçirilən “Türk Dövlətləri InsurTech Sammiti 2025”də bildirib.

Onun sözlərinə görə, sığorta sektorunda rəqəmsallaşma təsadüfi deyil və strateji plan əsasında həyata keçirilməlidir:

“Rəqəmsallaşma pərakəndə və təsadüfi deyil, planlı və mərhələli şəkildə aparılmalıdır. Bu proses infrastrukturun modernləşdirilməsi, süni intellektin tətbiqi, müştəri təcrübəsinin rəqəmsallaşdırılması, hüquqi çərçivənin uyğunlaşdırılması və regional əməkdaşlıq üzərində qurulmalıdır.”

E. Mirsalayev əlavə edib ki, bulud əsaslı məlumat sistemləri, API və mikroxidmət arxitekturası, eləcə də məlumat təhlükəsizliyi sığorta sektorunun dayanıqlığı üçün əsas şərtlərdir.

Related posts

AYİB-in Azərbaycandakı cari portfeli 892 milyon avroya yüksəlib

Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 14%-ə endirdi

İKZF 20 ildə 201 milyon manat mənfəət əldə edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı