Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“ASAN Könüllüləri” Təşkilatına yeni sədr seçilib - BBN

“ASAN Könüllüləri” Təşkilatına yeni sədr seçilib

12 iyul 2023-cü il tarixində “ASAN Könüllüləri” Təşkilatının V hesabat seçki qurultayı həyata keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin əhəmiyyətindən bəhs edib. Diqqətə çatdırılıb ki, məhz “ASAN Könüllüləri” Təşkilatı tərəfindən bu günə qədər müxtəlif istiqamətlərdə həyata keçirilən tədbirlər minlərlə gəncin bilik və bacarıqlarının artırılmasına, o cümlədən intellektual potensiallarının inkişafına yönəlib.

Təşkilata 2020-2023-cü illərdə sədrlik etmiş Emiliya Bayramova könüllərlə iş sahəsində görülmüş tədbirlər və təşkilat tərəfindən reallaşdırılmış layihələrə dair hesabat məruzəsi edib.

Sonra qurultayın gündəliyinə uyğun olaraq “ASAN Könüllüləri” Təşkilatının yeni sədrinin seçilməsi məsələsinə baxılıb.  Təşkilatın İdarə heyətinin yekdil qərarı ilə Anar Musaev yeni sədr seçilib.

19 dekabr 2013-cü il tarixində təsis olunmuş “ASAN Könüllüləri” Təşkilatının əsas missiyası könüllülərin kadr kimi formalaşmasına şərait yaratmaqla dövlətimizin dayanıqlı inkişafı üçün çalışan, cəmiyyətə faydalı gənc vətəndaşlar qazandırmaqdır. Bu prosesə 30 000-dən çox könüllü gənc qoşulub. Bu günə kimi könüllülər tərəfindən 5000-dən çox təlim, 770-dən çox yerli və beynəlxalq layihə keçirilib və 3300-dən çox könüllü “ASAN Kadr” portalı vasitəsilə işlə təmin olunub.

Related posts

Bu ilin I rübündə 98,3 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

Cari ilin I rübündə sahibkarlara 16 “Startap” şəhadətnaməsi verilib

“Enterprise Azerbaijan” portalının “Startup School 4” layihəsinin Asiya qitəsi üzrə tərəfdaşları elan edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı