Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“ASAN xidmət”ə 50 milyonuncu müraciət qeydə alınıb - BBN

“ASAN xidmət”ə 50 milyonuncu müraciət qeydə alınıb

“ASAN xidmət”ə 50 milyonuncu vətəndaş müraciətinin qeydə alınması ilə bağlı tədbir keçirilib.

Bu müraciət 6 saylı Bakı “ASAN xidmət” mərkəzinə Turan Haşımov tərəfindən edilib. O, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidmətindən yararlanıb.

Bu münasibətlə təşkil olunan tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparat rəhbəri Fuad Qarayev iştirak edib.

Turan Haşımova hədiyyə və təşəkkürnamə təqdim olunub.

Balaca Turandan onun maraq dairəsi ilə bağlı soruşulub və idmana, xüsusilə futbola olan istəyi nəzərə alınaraq “ASAN xidmət” tərəfindən “Qarabağ” futbol klubunun üzvləri də tədbirə dəvət ediliblər.

Baş məşqçi Qurban Qurbanov və komandanın üzvləri tərəfindən 50 milyonuncu müraciətin sahibi kimi Turana klubun forması və top hədiyyə olunub.

Related posts

Birgə açıqlama: NFC ödənişi zamanı hesabdan silinmənin gecikməsi avtorizasiya ilə bağlıdır

Tunis ilə ticarət dövriyyəsində artım var

Braziliyanın Ticarət və İnvestisiyaların Təşviqi Agentliyi ilə əməkdaşlıq müzakirə olunub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı