“ASAN xidmət”də “Blokçeyn Təlim Mərkəzi” yaradılıb

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin, “Bilişim Vadisi Bakı”nın və “PAŞA Bank” ASC-nin birgə təşəbbüsü ilə yaradılan “Blokçeyn Təlim Mərkəzi”nin açılışı tədbiri baş tutub.

Tədbirdə “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov, “Bilişim Vadisi Bakı”nın direktoru Qamət Kərimov, “PAŞA Bank” ASC-nin nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Əsas məqsəd qabaqcıl blokçeyn texnologiyasına və kriptovalyutalarına dair təlimlərin keçirilməsi, fərdlərin və qurumların inkişafına dəstək üçün onlara müvafiq sahədə konsultasiyaların verilməsidir.

Mərkəz təcrübə mübadiləsi üçün aparıcı məkan olmaqla bu istiqamətdəki həvəskarları və peşəkarları resurslar, şəbəkə imkanları ilə təmin edəcək, onları sənayenin ən son nailiyyətləri ilə tanış edəcək.

Hazırda “Blokçeyn Təlim Mərkəzi” blokçeyn texnologiyasının tarixi, inkişaf mərhələləri, platforma tipləri, riskləri və s. barədə məlumatlanma məqsədilə infosessiya elan edir.

İnfosessiyaya müraciət üçün son tarix: 31 yanvar 2024.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

DOST RİM Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi müsabiqədə mükafata layiq görülüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı