Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“ASAN xidmət”in 2021-ci ildəki fəaliyyətinə dair hesabat təqdim olunub - BBN

“ASAN xidmət”in 2021-ci ildəki fəaliyyətinə dair hesabat təqdim olunub

10 fevral 2022-ci il tarixində yeni fəaliyyətə başlayan 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində kütləvi informasiya vasitələrinin nümayəndələri üçün “ASAN xidmət”in 2021-ci ildəki fəaliyyətinə dair hesabat xarakterli mətbuat konfransı keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev təqdimatla çıxış edərək  Dövlət Agentliyinin tabeliyində olan qurumların qeyd olunan dövr ərzində fəaliyyəti,  “ASAN xidmət”ə 2021-ci ildə daxil olan müraciətlərin bölgüsü və digər statistik göstəricilər barədə məlumat verib.
 
Dövlət Agentliyinin sədri, eyni zamanda müvafiq dövr ərzində icra olunmuş müxtəlif sosial layihələr və beynəlxalq əməkdaşlıq, elektron hökumət quruculuğu, innovasiyalar, innovativ ideyaların təşviqi, startap mühitinin inkişafı, bu sahəyə verilən dövlət dəstəyi, “ABAD”, “YAŞAT” Fondu və ASAN könüllülərinin fəaliyyəti sahəsində görülmüş işləri qeyd edib.
 
Tədbirdə 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi, həmçinin fəaliyyətə başlayacaq yeni mərkəzlər, gələcək planlar barədə də məlumat verilib.
 
Sonda kütləvi informasiya vasitələrinin nümayəndələrinin sualları cavablandırılıb.

Related posts

Tələbələr arasında “Vergilər” mövzusunda ümumrespublika olimpiadası keçiriləcək

“ASAN xidmət” təcrübəsinin Tacikistanla paylaşılmasına dair müzakirələr aparılıb

WUF13 çərçivəsində KOB-ların dayanıqlı şəhər inkişafında rolu müzakirə edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı