Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Asiya bazarlarında eniş davam edir, qlobal istiqraz satışları narahatlıq yaradır - BBN

Asiya bazarlarında eniş davam edir, qlobal istiqraz satışları narahatlıq yaradır

Asiya bazarlarında eniş davam edir, qlobal istiqraz satışları narahatlıq yaradır.

BBN.az xəbər verir ki, Asiya fond bazarları ardıcıl üçüncü ticarət sessiyasında da enişini davam etdirib. Bazarlara təzyiq ABŞ-ın Qrenlandiya ilə bağlı sərt mövqeyi və Prezident Donald Trampın Davosda gözlənilən çıxışı fonunda artan geosiyasi gərginliklə bağlıdır.

ABŞ-da Wall Street indeksləri ötən gecə 2%-dən çox dəyər itirib. ABŞ dolları isə son bir ayın ən kəskin ucuzlaşmasını qeydə alıb. İnvestorlar arasında “Sell America” adlandırılan – ABŞ aktivlərinin kütləvi şəkildə satılması qorxusu yenidən güclənib. Bu tendensiya ötən ilin aprelində elan edilən tarif qərarlarından sonra formalaşmışdı.

Bu arada, qlobal istiqraz bazarlarında müşahidə olunan satış dalğası müvəqqəti olaraq zəifləyib. Yaponiyanın dövlət istiqrazlarının (JGB) gəlirliliyi bir qədər geriləyib ki, bu da bazarlarda qısa müddətli sabitləşmə əlaməti kimi qiymətləndirilir.

Hazırda investorların əsas diqqəti Prezident Trampın Davos İqtisadi Forumunda edəcəyi çıxışa və mümkün geosiyasi açıqlamalara yönəlib. Analitiklər bildirirlər ki, bu çıxış bazarlarda növbəti istiqaməti müəyyən edə bilər.

Related posts

AİB Azərbaycan və qonşu ölkələrin iştirakı ilə regional inteqrasiya layihəsini nəzərdən keçirir

Azərbaycan bankları 2026-cı ildə dayanıqlığını qoruyub saxlayacaq – S&P

Azərbaycanda ötən il 258 mindən çox şəxsə proaktiv qaydada pensiya, müavinət və təqaüd təyin olunub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı