Qlobal bazarlarda texnologiya zəlzələsi yaşanır! Çip nəhəngi “Nvidia”nın bu gün açıqlanacaq rüblük hesabatı öncəsi investorlar qorxu içində səhmlərini satarkən, Cənubi Koreyadan gələn xəbər rəsmən bazarları sarsıtdı. “Samsung Electronics” rəhbərliyi ilə həmkarlar ittifaqı arasındakı danışıqlar tamamilə uğursuzluqla nəticələnib və işçilər kütləvi tətilə hazırlaşır. Bu xəbərlə Cənubi Koreyanın KOSPI indeksi 2.5%-dən çox, Yaponiyanın Nikkei 225 indeksi 1.5% çöküb, Samsung-un öz səhmləri isə 4%-dən çox dəyər itirib. Qlobal çip tədarük zəncirini iflic edə biləcək bu gərginlik və Brent neftinin 110 dolların üzərində qalması inflyasiya qorxularını yenidən alovlandırır.